Bakı,AzerVoice
Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Naci Görür bir daha xəbərdarlıq edərək İstanbulda zəlzələ gözlədiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə o X sosial media hesabında paylaşım edib.
Mərmərə Ereğlisi-Tekirdağ sahillərində baş verən 3,5 bal gücündə zəlzələdən sonra Türkiyədə bütün gözlər İstanbul və ətrafına çevrilib.
"Sonuncu zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verib. Bu bölgənin şərqindəki Kumburqaz ərazisində zəlzələni gözləyirik. Qərbdə Tekirdağ fay xətti qırılıb, lakin bu bölgədə zəlzələlər daha çox çöküntülərdəki deformasiyalar nəticəsində baş verir",- deyə Görür bildirib.
Qeyd edək ki, dekabrın 21-i şənbə günü saat 20:31-də Avcılarda 3 bal gücündə, 22 dekabr bazar günü saat 15:08-də isə Mərmərə Ereğlisi sahillərində 3.5 bal gücündə zəlzələ baş verib.