Bakı,
AzerVoice
Terrordan təmizlənmiş Suriyanın qurulması Türkiyənin səmimi
gözləntisidir.
AzerVoice xəbər verir ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, D-8 Təşkilatının Qahirədə
keçirilən 11-ci Zirvə Toplantısında çıxış edərək bir sıra vacib
məsələlərə toxunub.
Ərdoğan, görüşün açılışında qeyd edib ki, qlobal sülhə ehtiyac
duyulmaqdadır, lakin artan münaqişələr, böhranlar və müharibələr
şəraitində qlobal təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan
qurumlar vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər.
Ərdoğan, D-8 Təşkilatının imkanlarından daha səmərəli istifadə edilməsi və xüsusilə kiçik və orta sahibkarlıq (KOS) sektorunun dəstəklənməsi yönündə irəliləyişlərin vacibliyini vurğulayıb. Misirin Preferensial Ticarət Sazişini təsdiqləməsinin, bu sazişi daha geniş çərçivədə həyata keçirməyə imkan verəcəyini qeyd edib. O, həmçinin dünyanın ən böyük aviasiya və kosmos festivalı olan TEKNOFEST-in ən az inkişaf etmiş ölkələri də cəlb etməklə, qlobal ədalət və inkişafa töhfə verməyi hədəflədiklərini bildirib.
Prezident, təşkilatın daha da genişlənməsini və təsir dairəsinin artırılmasını önə çəkərək, Azərbaycanın D-8 Təşkilatına üzv olmasının təşkilatın gücünü artırdığını vurğulayıb və Azərbaycanı Təşkilata üzv olmasından ötəri salamlayıb.
Suriyadakı vəziyyətə də toxunan Ərdoğan, Suriyanın sabitliyinin təmin edilməsinə töhfə verməyə çalışdıqlarını bildirib. O, bütün dini, məzhəb və etnik qrupların sülh içində yaşadığı,. Ərdoğan, Suriyanın ərazi bütövlüyünün vacib olduğunu və Türkiyənin bu çətin mübarizədə Suriyanın yanında olduğunu bəyan edib.