Bakı,
AzerVoice
İstanbulun Türkiyənin yeganə “qlobal şəhər”i olduğu
təsdiqlənib.
AzerVoice xəbər verir ki, Türkiyə
Sənaye və Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan və
2024-2028-ci illəri əhatə edən “Regional İnkişaf və Milli
Strategiya” sənədində İstanbulun Türkiyədəki yeganə “qlobal
vilayət” olduğu təsdiqlənib.
Ankara, Antalya, Bursa, İzmir və Kocaelinin isə bu kateqoriyaya
daxil olmaq üçün yüksək potensiala malik olduğu vurğulanıb. Bu
sənəd, regionların qlobal iqtisadi inteqrasiyasını gücləndirmək,
onların rəqabət qabiliyyətini artırmaq, iqtisadi və sosial
yaxınlaşmanı təmin etmək, eləcə də fəlakətdən sonra iqtisadi bərpa
strategiyalarını müəyyən edir.
Sənədə əsasən, “məkan tipologiyası və qlobal inteqrasiya” çərçivəsində aparılan təhlillər İstanbulun qlobal şəhər statusunu təsdiqləyib.
Belə ki, beynəlxalq sərnişin daşımalarının əksər hissəsi
İstanbul üzərindən həyata keçirilir və xarici ticarət həcminin
yarıdan çoxu İstanbulda reallaşır.Həmçinin, ölkədə qeydə alınmış
maliyyə və sığorta fəaliyyətlərinin əhəmiyyətli hissəsi İstanbulda
cəmlənib və qeydə alınmış patentlərin təxminən yarısı İstanbulda
qeydiyyata alınıb.
Bundan əlavə, Türkiyə əhalisinin 18%-nin yaşadığı İstanbul,
məzuniyyətlə işləyən xarici vətəndaşların da 40%-ni qəbul edərək
beynəlxalq iqtisadi və sosial əlaqələrin mərkəzinə çevrilib.
İstanbul ilə yanaşı, Ankara, İzmir, Bursa, Kocaeli və Antalya “potensial qlobal vilayətlər” olaraq müəyyən edilib.
Ankara, patent sayına və bilik tutumlu xidmət sektorunda çalışan işçilərə görə İstanbuldan sonra gəlir, İzmir isə xarici ticarət, maliyyə və sığorta fəaliyyətləri ilə ölkə daxilində 3-cü yeri tutur. Bursa, orta-yüksək texnologiya sektorlarında istehsal gücü ilə İstanbulun ardınca sıralanır, Antalya isə beynəlxalq sərnişin daşımaları və xarici vətəndaşların sayı baxımından liderlər arasındadır. Kocaeli isə xarici ticarət həcmi və texnologiya sektorlarında çalışan işçi sayına görə ölkədə 3-cü mövqedədir.