Bakı, AzerVoice
Türkiyənin 9 şəhərində FETÖ-ya qarşı keçirilən "Kıskaç-31"
əməliyyatlarında 41 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya öz sosial media hesabında açıqlama verib.
Yerlikaya verdiyi açıqlamada, Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə (TEM) Şöbəsi, Kəşfiyyat İdarəsi və Maliyyə Cinayətləri ilə Mübarizə Başçılığı (KOM) tərəfindən həyata keçirilən koordinasiyalı əməliyyatlar çərçivəsində FETÖ-nün əsas hədəf nöqtələrinin Ankara, İstanbul, Kayseri, Muş, Bursa, Aydın, İzmir, Ordu və Tekirdağ olduğunu bildirib.
O qeyd edib ki, əməliyyatlar nəticəsində 41 şübhəli saxlanılıb
və hazırda bununla bağlı araşdırmalar aparılır. Şübhəlilərə qarşı
təşkilatın gizli hərbi strukturunda iştirak etmək, təşkilat
daxilində məsul şəxslərlə əlaqə saxlamaq,“ByLock”
kripto-kommunikasiya proqramından istifadə, təşkilatın kamera
evlərində qalmaq ittihamları irəli sürülüb.