Əsas səhifə » Türkiyəyə 2024-cü ildə ən çox rus turistlər səfər edib

Türkiyəyə 2024-cü ildə ən çox rus turistlər səfər edib

Bakı, AzerVoice

Ruslar 2024-cü ildə ən çox Türkiyəyə səfər ediblər.

AzerVoice xəbər verir ki, Rusiya Səyahət Sənayesi Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bu il təxminən 30 milyon rusiyalının xaricə səyahət edəcəyini və Türkiyənin ən çox ziyarət edilən ölkə olduğunu bildirib.

Rusların xarici səfərlərində artım müşahidə edildiyini vurğulayan Qorin , "Beynəlxalq səyahətlərdə mövcud məhdudiyyətlərə baxmayaraq, xarici turizm 20 faiz artıb. Daha çox viza tələb etməyən və ya sadələşdirilmiş viza rejimi ilə birbaşa hava nəqliyyatı olan ölkələrə səfər edilir".- deyə qeyd edib.

Qorin, hazırda Rusiyadan 36 ölkəyə birbaşa uçuşların təşkil edildiyini vurğulayıb.

Türkiyənin bu il təxminən 6,7 milyon rus turist qəbul edəcəyi gözlənildiyini bildirən Qorin, ölkənin bu sahədə lider mövqedə olduğunu vurğulayıb.

Bundan əlavə, Qorin qeyd edib ki, rus turistlər Maldiv adaları, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanına da səfərlərə maraq göstərirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice