Bakı, AzerVoice
Türkiyədə Mərkəzi Adanada olan 3 vilayətdə FETÖ maliyyə strukturuna qarşı keçirilən əməliyyatda 14 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, FETÖ-nün maliyyə strukturunun ortaya çıxarılması və şübhəlilərin tutulması üçün Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, bir illik texniki və fiziki təqibi nəticəsində təşkilatın üzvlərinə Almaniyadan pul göndərildiyini təyin edib.
Komandalar şübhəli M.K-nın “təşkilatı yaşatmaq” və FETÖ-yə yeni üzvlər cəlb etmək üçün Almaniyadan göndərilən pulları kuryerlər vasitəsilə təyin olunmuş şəxslərə çatdırdığını müəyyən edib.
Qeyd edək ki, şübhəlilərdən ikisinin evlərindən götürülən iki saxta vəsiqə ilə xaricə qaçmağa hazırlaşdıqları müəyyən edilib.