18
Bakı, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Koreyada baş verən hadisələrin təqib edildiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sosial media hesabında yayımlanan açıqlamada bildirilib.
Açıqlamada Nazirliyin, Cənubi Koreyadakı hadisələri izlədiyi, vətəndaşlara gündəlik həyatlarında diqqətli olmaları və izdihamdan uzaq olmaları tövsiyə edilib.
Postda “Hər hansı problemlə üzləşən və ya köməyə ehtiyacı olan vətəndaşlar Səfirliyimizin 01037801266 növbətçi telefonu ilə əlaqə saxlaya bilərlər” məlumat verilmişdir.