Bakı,AzerVoice
Naviqasiya və rabitə sistemlərinin tədarükü çərçivəsində ASELSAN ilə HAVELSAN-TUSAŞ iş ortaqlığı arasında 84 milyon 44 min 241 dollar dəyərində müqavilə imzalanıb.
AzerVoice xəbər verir ki, bu barədə ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlama verib.
"ASELSAN ilə HAVELSAN-TUSAŞ iş ortaqlığı arasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün Naviqasiya və Əlaqə Sistemlərinin tədarükü çərçivəsində ümumi dəyəri 84 milyon 44 min 241 dollar olan müqavilələr imzalanıb”,- deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ASELSAN, Türkiyə Silahlı Qüvvələrinin hərbi ehtiyaclarını qarşılamaq üçün 1975-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qurulan Ankara mərkəzli müdafiə sənayesi şirkətidir.
HAVELSAN Türkiyə Silahlı Qüvvələrinin proqram mühəndisliyi sahəsində ehtiyaclarını qarşılamaq üçün 1982-ci ildə qurulmuş bir şirkətdir. 1985-ci ildən etibarən şirkət xarici tərəfdaşlarından ayrılaraq 98%-i Türkiyə Silahlı Qüvvələri Vəqfinə məxsus bir təşkilata çevrilib. Şirkətin baş ofisi Ankarada olsa da, bir çox müxtəlif şəhərlərdə və xaricdə ofisləri var.
TUSAŞ Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satış sonrası xidmətlər sahələrində texnologiya mərkəzidir. Şirkət dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380 və hərbi nəqliyyat təyyarəsi Airbus A400M üçün hissələri istehsal edir.