Əsas səhifə » Türkiyə ilə Yunanıstan arasında müsbət gündəm və siyasi dialoq görüşü

Türkiyə ilə Yunanıstan arasında müsbət gündəm və siyasi dialoq görüşü

Bakı, AzerVoice

Türkiyə ilə Yunanıstan arasında qarşılıqlı əlaqələri inkişaf etdirmək məqsədilə başlanan danışıqlar bu ay daha intensiv şəkildə davam edir.

AzerVoice xəbər verir ki, son görüş Yunanıstanın paytaxtı Afinada keçirilib. Görüşlər çərçivəsində "müsbət gündəm" mövzuları müzakirə edilib və bu gün tərəflər arasında "siyasi dialoq" toplantısı keçiriləcək.

2-3 dekabr tarixlərində Afinada baş tutan görüşə Xarici işlər nazirinin müavini, səfir Mehmet Kamal Bozay rəhbərlik edir.

Görüşün əsas mövzuları əməkdaşlıq sahələrinin genişləndirilməsi, ikitərəfli məsələlərin konstruktiv şəkildə həlli və regional və beynəlxalq problemlərə yanaşmadır.

Görüş çərçivəsində iki ölkə arasında gəncləri bir araya gətirmək və innovasiyanı təşviq etmək məqsədilə “Ağıllı Şəhərlər” mövzusunda Hackathon yarışmasının başladığı elan edilib.

Müsabiqənin məqsədi Türk və yunan gəncləri arasında əməkdaşlıq, innovasiya və qarşılıqlı anlaşmanı gücləndirməkdir.

Tədbir 20 fevral 2025-ci ildə Türkiyədə keçiriləcək, mükafat mərasimi isə 27 fevral 2025-ci ildə Afinada baş tutacaq.

Digər Kateqoriyalar

2024 © Azervoice