Əsas səhifə » Türkiyədə iki tondan çox narkotik ələ keçirilib

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib

Bakı,AzerVoice

Türkiyədə üç həftə ərzində 76 şəhərdə həyata keçirilən "Narkoçelik" əməliyyatlarında 2 ton 12 kiloqram narkotik maddə ələ keçirilib, 2 min 248 şübhəli saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Yerlikaya əməliyyatların 3 min 165 qrup, 8 min 236 personal, 34 təyyarə və 82 narkotik axtaran itin iştirakı ilə həyata keçirildiyini bildirib.

"Cəmiyyətimizin gələcəyini və əmin-amanlığını təhdid edən narkotik satıcılarına qarşı hamımız qətiyyətlə mübarizə aparmalıyıq. Gələcəyimizin qarantiyası olan gənclərimizi narkotikdən uzaq tutmaq ortaq borcumuzdur" ",- deyə paylaşımda qeyd olunub.

Digər Kateqoriyalar

2024 © Azervoice