Əsas səhifə » Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı, AzerVoice

Türkiyədə 32 vilayətdə DEAŞ əməliyyatı nəticəsində 77 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, DEAŞ terror təşkilatının maliyyə qaynaqlarını üzə çıxarmaq məqsədi ilə mərkəzi İzmir olan 32 vilayətdə keçirilən əməliyyatlarda 114 şübhəlidən 77-si tutulub.

İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmada, DEAŞ silahlı terror təşkilatının maliyyə qaynaqlarının üzə çıxarılması və qarşısının alınması istiqamətində aparılan istintaqda 114 şübhəli müəyyən edilib.

İzmir İl Jandarma Komandanlığı qrupları, mərkəzi İzmir olan 32 vilayətdə şübhəli şəxslərə qarşı eyni vaxtda əməliyyat başladıb.

Şübhəlilərdən 77-si tutuldu, 8-nin isə xaricdə olduğu təyin olunub.

Qeyd edək ki, digər 29 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice