Bakı,
AzerVoice
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Türkiyə ilə Ege
bölgəsindəki mübahisələrin həlli ilə bağlı ümidlərin zəif olduğunu
bildirib.
AzerVoice xəbər verir ki, televiziya kanalına verdiyi açıqlamada Mitsotakis, "Türkiyə ilə kontinental şelf və müstəsna iqtisadi zona sərhədlərinin müəyyən edilməsi ilə bağlı razılaşma ehtimalı azdır" deyib.
O, iki ölkə arasında davam edən problemləri vurğulayaraq, Ankara ilə dialoq prosesinin vacibliyini qeyd edərək, "Razılığa gəlməsək də, görüşməyə davam etməliyik." - deyə bildirib.
Mitsotakis, Yunanıstanın yalnız Egey və Şərqi Aralıq dənizindəki kontinental şelf və Eksklüziv İqtisadi Zona məsələsini müzakirə etməyə hazır olduğunu, lakin Türkiyənin fərqli mövzuları da gündəmə gətirdiyini iddia edib.
Baş nazir, ölkəsində Türkiyə ilə dialoqa qarşı olanlara müraciət edərək, "Alternativlər nədir? Onlar nə istəyirlər?" sualına , iqtisadi əməkdaşlıq, viza rejimi və qeyri-qanuni immiqrasiya kimi məsələlərdə müzakirələrin davam etdirilməsinin vacibliyini bildirib. Mitsotakis, bu problemlərin müzakirəsi üçün kanalların açıq saxlanmasının əhəmiyyətini qeyd edib.