Əsas səhifə » MİT PKK-ya qarşı əməliyyat keçirib

MİT PKK-ya qarşı əməliyyat keçirib

Bakı, AzerVoice

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Tel Rıfat bölgəsində terrora görə axtarışda olanlar siyahısında qırmızı kateqoriyada yer alan, PKK/YPG-nin sözdə liderlərindən Yaşar Çekiki zərərsizləşdirib.

AzerVoice xəbər verir ki, Yaşar Çekik Türkiyə İraq və Suriyada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terrorçu Axtarılanlar siyahısında Qırmızı Kateqoriyaya düşüb. O, həmçinin İnterpol tərəfindən qırmızı vərəqə ilə axtarışa verilib.

Onun fəaliyyətləri anbaan izlənib və MİT-in dəqiq kəşfiyyat və əməliyyat imkanları sayəsində ələ keçirilərək zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice