13
Bakı, AzerVoice
Somali-Türkiyə Parlamentlərarası Dostluq qrupu Türkiyə Böyük Millət Məclisində (TBMM) bir araya gəlib.
AzerVoice xəbər verir ki, Somali-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Sadak Ömər Həsəni və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Somali Parlamentlərarası Dostluq Qrupunun sədri Abdurrahim Fırat və onların nümayəndə heyəti bir araya gəlib.
Görüş zamanı iki ölkə arasında enerji, təhlükəsizlik, səhiyyə və təhsil sahələrində mövcud güclü əməkdaşlıq vurğulanaraq, gələcək təşəbbüslər müzakirə edilib.
Eyni zaman da, Türkiyə-Somali Parlamentlərarası Dostluq Qrupunun sədri Abdülrahim Fırat, 2023-cü ildə iki ölkə arasındakı ticarət həcminin 426 milyon dollara çatdığını qeyd edib.