12
Bakı, AzerVoice
Türkiyədə Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK üzvü Ədirnədə saxlanılıb.
AzerVoice xəbər verir ki, Təhlükəsizlik qüvvələri terror təşkilatı PKK üzvü olduğu təsbit edilən K.A.-nı Yunanıstana keçmək istəyərkən hərbi məhdudiyyətli bölgədə keçirdikləri əməliyyat zamanı yaxalayıb.
“Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olduğu müəyyən edilən şübhəlinin barəsində jandarma əməliyyatı davam etdirilir.