Əsas səhifə » MİT PKK-ya qarşı əməliyyat keçirib

MİT PKK-ya qarşı əməliyyat keçirib

Bakı,AzerVoice

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İraqın şimalındakı Gara bölgəsində terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirib.

AzerVoice xəbər verir ki, MİT apardığı kəşfiyyat araşdırmaları nəticəsində təşkilatın yüksək səviyyəli rəhbərlərinin mühafizəçisini zərərsizləşdirib.

Terrorçu Serhat Tagay-ın Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı Qaredə təşkil etdiyi aksiyaları təşkilat rəhbərlərinin göstərişi əsasında təşkil etdiyi müəyyən edilib.

Terror cinayətlərindən barəsində həbs qərarı çıxarılan terrorçu TAGAY addım-addım təqib olunmağa başlayıb.

MİT xəbər mənbələri vasitəsilə Serhat TAGAY-ın yerini müəyyən edib və zərərsizləşdirib.

Digər Kateqoriyalar

2024 © Azervoice