Bakı, AzerVoice
Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda silahlı qarşıdurma ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gedən polis qrupuna atəş açılıb.
AzerVoice Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Məlumata görə, Seferihisar Rayon Polis İdarəsinin əməkdaşları Çolak İbrahim Bey məhəlləsində silahlı qarşıdurma ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gedib.
Qeyd olunub ki, şübhəli şəxs hadisə yerinə çatan polis əməkdaşlarına atəş açıb.
Yaralanan 3 polis əməkdaşı təcili tibbi yardım maşını ilə İzmir şəhərinin xəstəxanalarına çatdırılıb. Şübhəli şəxs saxlanılıb və hadisə zamanı istifadə etdiyi silah ələ keçirilib.
Məlumatda bildirilir ki, istintaq Seferihisar Rayon Prokurorluğunun koordinasiyası ilə aparılır və iki respublika prokuroru təhqiqat üçün təyin edilib.