Bakı, AzerVoice
İstanbulda 74 qeyri-qanuni miqrant saxlanılıb, 2 immiqrant qaçaqmalçısı da ələ keçirilib.
AzerVoice xəbər verir ki, İstanbul Polis İdarəsi qrupları Qaziosmanpaşa və Sultanqazi rayonlarında 10 fərqli ünvanda əməliyyat keçirib.
Göstərilən ünvanlarda əməliyyat keçirən qruplar 65 qeyri-qanuni immiqrantı ələ keçirib.
Mühacir qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Eyni zaman da, Qaziosmanpaşada 10 səyyar miqrasiya maşını, 165 polis və 23 miqrasiya mütəxəssisi ilə qeyri-qanuni miqrasiya tətbiqi həyata keçirilib.
504 əcnəbi vətəndaş sorğu-sual edilərkən, ölkəyə qeyri-qanuni yollarla daxil olan, viza pozuntusu olan və qanuni qalma müddətini pozan 9 qeyri-qanuni immiqrant üçün deportasiya proseduru başlanıb.