63
Bakı, AzerVoice
Rəsmi səfəri çərçivəsində Ankarada olan Böyük Britaniyanın müdafiə naziri Con Healey milli müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən nümayəndə heyəti ilə TUSAŞ-ı ziyarət edib.
AzerVoice xəbər verir ki, Səfərdə Prezident Müdafiə Sənayesi Başçısı Haluk Görgün və TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu da iştirak edib.
Qeyd edək ki, Oktyabrın 23-də TUSAŞ-ın Ankara Kahramankazan obyektlərində terror aktı törədilib.
Hücum nəticəsində beş nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.
Hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib. Terrorçuların PKK terror təşkilatının üzvləri olduğu müəyyən edilib.