Bakı,AzerVoice
Başda Türkiyə olmaqla 52 ölkə və iki beynəlxalq və regional təşkilat BMT Təhlükəsizlik Şurasından soyqırım törədən İsrailə silah və sursat daşınmasının dayandırılması üçün tədbirlər görülməsini xahiş edib.
AzerVoice xəbər verir ki, İsrailin davam edən işğalı ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarını həyata keçirmək üçün Türkiyə də daxil olmaqla 124 ölkə, BMT Baş Assambleyası 2024-cü il sentyabrın 18-də müsbət səslə qətnamə qəbul edib.
Bu qərarla bütün ölkələr İsrailə silah, sursat və müvafiq avadanlıqların tədarükü və ya daşınmasını dayandırmaq üçün tədbirlər görməyə çağırılıb.
Bu çərçivədə, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın təklifi ilə, İsrailə silah və sursat satışını dayandırmaq üçün beynəlxalq məlumatlılığın artırılması üçün BMT çərçivəsində birgə məktub təşəbbüsü başladılıb.
Təşəbbüs, İsrailə silah və sursat satışını dayandırmaqla işğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzzada İsrailin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və insan haqları qanunlarını pozmasının qarşısını almaq məqsədi daşıyır.
Məktubda Qəzza, Livan və Yaxın Şərqin digər hissələri də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində artan zorakılıq və beynəlxalq hüququn pozulması ilə bağlı dərin narahatlıq vurğulanır.
Sözügedən məktub noyabrın 1-də BMT-nin Baş katibi Antonio Quterreşə çatdırılıb.
Türkiyə hesab edir ki, İsrailin bölgədə, xüsusilə Qəzzada müharibə siyasəti qarşısında İsrailə silah və sursat tədarükü və daşınmasına dərhal son qoymaq beynəlxalq ictimaiyyətin hüquqi öhdəliyidir.