Əsas səhifə » Ədalət və təhsil ölkənin inkişafı üçün vacib şərtlərdir - Yılmaz Tunç

Ədalət və təhsil ölkənin inkişafı üçün vacib şərtlərdir - Yılmaz Tunç

Bakı, AzerVoice

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç İstanbul Aydın Universitetinin Florya Kampusunda təşkil edilən “2024-2025-ci tədris ilinin açılış mərasimində” iştirak edib.

AzerVoice xəbər verir ki, tədbirdə çıxışı zamanı Tunç ədalət və təhsilin bir ölkənin inkişafı üçün vacib şərtlər olduğunu vurğulayıb.

O bildirib ki, cəmiyyətin və dövlətin sağlam inkişafı üçün təhsilli insanların yetişdirilməsi və ədalət sisteminin düzgün işləməsi əsas amillərdəndir. Tunç, həm təhsilin, həm də ədalətin olmaması halında bir ölkənin davamlı inkişafının mümkün olmadığını xüsusi olaraq qeyd edib.

Nazir Tunç çıxışında Türkiyənin demokratiya standartlarını daha da yüksəltmək üçün göstərdikləri səyləri vurğulayıb.

O, yeni ehtiyaclara cavab vermək və hüquqi sistemi müasir tələblərə uyğunlaşdırmaq məqsədilə son illərdə əsas qanunların yeniləndiyini qeyd edib.

Tunç, 2009, 2015 və 2018-ci illərdə üç Məhkəmə İslahatı Strategiya Sənədinin təqdim edildiyini, hal-hazırda isə dördüncüsünün hazırlandığını açıqlayıb.

Türkiyənin gələcəyinə çevrilişçilər tərəfindən yazılmış bir konstitusiya ilə başlamağın utancverici olduğunu vurğulayan Tunç , bu konstitusiyanın dəyişdirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice