Əsas səhifə » MİT kibercinayətkalara qarşı əməliyyat keçirib

MİT kibercinayətkalara qarşı əməliyyat keçirib

Bakı,AzerVoice

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) koordinasiyasında, Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzinin əməkdaşlığı ilə həyata keçirilən kibercasus əməliyyatında doqquz nəfər həbs edilib.

AzerVoice xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Jandarma Baş Komandanlığı və Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi tərəfindən kibercasusluq şəbəkəsinə qarşı birgə əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan daha doqquz nəfər kibercasusluq ittihamı ilə həbs edilərkən, istintaqda saxlanılanların ümumi sayı 20-yə yüksəlib.

Şübhəlilərin əldə etdikləri şəxsi məlumatları sosial media platformaları vasitəsilə terrorçu təşkilatlar da daxil olmaqla alıcılara satdıqları müəyyən edilib.

Əməliyyat çərçivəsində məlumatların satıldığı 18 internet saytı bağlanıb.

Digər Kateqoriyalar

2024 © Azervoice