Əsas səhifə » İran ilə İsrail arasında müharibəni yüksək ehtimal olaraq qiymətləndirməliyik - Hakan Fidan

İran ilə İsrail arasında müharibəni yüksək ehtimal olaraq qiymətləndirməliyik - Hakan Fidan

Bakı, AzerVoice

İran ilə İsrail arasında müharibənin başlanmasını yüksək ehtimal olaraq qiymətləndirməliyik.

AzerVoice-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"Biz ölkə və region olaraq buna hazır olmalıyıq. Bölgədə müharibənin yayılması bizim arzuladığımız bir şey deyil", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, region xalqının sabitliyi və təhlükəsizliyi üçün müharibənin olmaması lazımdır.

Digər Kateqoriyalar

2024 © Azervoice