BAKI,AzerVoice
Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüş keçirib.
AzerVoice xəbər verir ki, görüşdə tərəflər ikitərəfli münasibətlərin geniş spektrini ticari-iqtisadi əməkdaşlığı, mədəni-humanitar əlaqələri və regional təşəbbüsləri əhatə edən məsələləri müzakirə ediblər.
Japarov Berdiməhəmmədovun səfərinin iki xalq arasında tarixi dostluğun möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
O, son illərdə ticarət sahəsində müşahidə olunan müsbət dinamikanı qeyd edib və Qırğızıstanın digər ölkələrlə qurduğu inkişaf fondlarına əsaslanaraq Qırğız-Türkmən İnkişaf Fondunun yaradılmasının vacibliyini bildirib.
Berdiməhəmmədov Türkmənistanın ticarət, qaz, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə hazır olduğunu bildirib.
Danışıqların sonunda tərəflər görüşün Qırğız-Türkmən tərəfdaşlığı üçün yeni imkanlar açacağına inandıqlarını bildiriblər.