Əsas səhifə » TDT Ağsaqqallar Şurasının iclası Şimali Kiprdə keçiriləcək

TDT Ağsaqqallar Şurasının iclası Şimali Kiprdə keçiriləcək

BAKI, AzerVoice

Türk Dövlətləri Təşkilatından (TDT) bəzi üzv ölkələrin Avropa İttifaqı (Aİ) ilə mübahisəli razılaşmalar imzalamasından sonra mühüm bir addım atılıb.

AzerVoice xəbər verir ki, təşkilatın Ağsaqqallar Şurasının 17-ci iclasının Şimali Kipr Türk Republikasında (ŞKTC) keçirilməsi qərara alınıb.

İclas 1–2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin ev sahibliyində baş tutacaq.

Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqı ilə razılaşmalar imzalayıb və Cənubi Kipr Rum Administrasiyasında səfirlik açma qərarı veriblər.

Bu qərarlar narazılıq doğurub. Qərardan sonra KKTC prezidenti Ersin Tatar Türk Dövlətlərini Rum tərəfi ilə münasibətlərdə ehtiyatlı olmağa çağırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice