10
BAKI, AzerVoice
Tacikistanda 5,5 bal gücündə zəlzələ baş verib, təkanlar Özbəkistanda da hiss olunub
AzerVoice xəbər verir ki, Tacikistanın
Dağlıq Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonunda 5,5 bal
gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 11:47-də qeydə alınan təkanların episentri
Əfqanıstanla sərhəddə, İşkaşimdən 69 kilometr cənubda yerləşib.
Zəlzələ 120 kilometr dərinlikdə baş verib və qonşu Özbəkistanda da
hiss olunub.
Hazırkı məlumata görə, zəlzələ nəticəsində can və ya əmlak itkisi qeydə alınmayıb.
Qeyd edək ki, son bir həftə ərzində bölgədə 6 zəlzələ qeydə alınıb. Aprelin 13-də də eyni ərazidə 5,8 bal gücündə yeraltı təkanlar olmuşdu.