BAKI, AzerVoice
Türkmənistanın Türkiyədəki səfiri Mekan İşanguliyev, Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında siyasi, diplomatik, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət ayırıblar.
Qarşılıqlı maraq doğuran bir sıra mövzularda fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin BMT tərəfindən elan edilmiş “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” və Türkmənistanın daimi neytrallıq statusunun 30 illiyi münasibətilə ölkə daxilində və xaricdə keçiriləcək tədbirləri də ətraflı müzakirə ediblər.
Bu kontekstdə, səfir Mekan İşanguliyev, 2025-ci il üçün planlaşdırılan beynəlxalq tədbirlər barədə Türk tərəfinə geniş məlumat təqdim edib.