Əsas səhifə » Hakan Fidanın Qəzza ilə bağlı diplomatik görüşləri davam edir

Hakan Fidanın Qəzza ilə bağlı diplomatik görüşləri davam edir

Bakı, AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndələri, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə Qəzza məsələsi barədə müzakirələr aparıb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası tərəfindən Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslər göstərmək üçün təyin olunmuş nümayəndə heyəti bu gün Londonda olub. Hakan Fidan həmkarları ilə birlikdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb", - deyə məlumatda qeyd edilib.

Məlumat üçün bildirək ki,Hakan Fidan Londonda rəsmi səfərdədir.

X: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice