Əsas səhifə » Türkmənistan və Özbəkistanın əməkdaşlığı genişləndirir

Türkmənistan və Özbəkistanın əməkdaşlığı genişləndirir

BAKI,AzerVoice

Türkmənistan Məclisinin Sədri Dünyagözəl Qulmanova, Özbəkistan Respublikasının Məclisinin Senatının Sədri Tanzila Norboyeva ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüş zamanı D.Qulmanova, Norboyeva ilə Parlamentlərarası Birliyin növbəti iclasının və bu iclas çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Həmçinin, dövlət başçılarının səyləri ilə son illərdə Mərkəzi Asiyanın təhlükəsizlik, əməkdaşlıq və dayanıqlı inkişaf bölgəsinə çevrildiyi vurğulanıb, xarici ölkələrin və böyük beynəlxalq təşkilatların Mərkəzi Asiya ölkələri ilə ticarət və əməkdaşlıq sahəsində maraqlarının artdığı qeyd edilib.

Bu kontekstdə tərəflər müxtəlif səviyyəli görüşlərin və tədbirlərin regional və qlobal əməkdaşlığın effektivliyini artırmağa kömək etdiyini bildiriblər.

Müzakirələr zamanı iki ölkə arasında qurulmuş dostluq əlaqələrinin, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə aparılan işlərin gələcəkdə daha da təkmilləşdirilməsinin tərəflər tərəfindən dəstəkləndiyi qeyd edilib.

Görüşün sonunda tərəflər, gələcəkdə dövlətlərarası əlaqələrin parlament diplomatiyası vasitəsilə dəstəklənməsi istiqamətində səyləri birləşdirməyin vacibliyini vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice