Əsas səhifə » Qırğızıstan Miqrasiya sahəsində əməkdaşlıq haqqında Azərbaycanla bağlanmış sazişi təsdiqlədi

Qırğızıstan Miqrasiya sahəsində əməkdaşlıq haqqında Azərbaycanla bağlanmış sazişi təsdiqlədi

Bakı, AzerVoice

Qırğızıstan miqrasiya sahəsində əməkdaşlıq haqqında Azərbaycanla bağlanmış sazişi təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu haqda Qırğızıstanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qırğızıstanın prezidenti Sadır Japarov Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə əlaqədar ölkə qanunvericiliyinə dəyişikliyin edilməsi haqda qanunu imzalayıb.

Sözügedən sənəd 24 aprel 2024-cü ildə Bakıda Qırğızıstan nazirlər kabineti və Azərbaycan hökuməti arasında bağlanıb. Qanunu Qırğızıstan parlamenti 11 dekabr 2024-cü ildə təsdiqləyib.

Saziş ölkələr arasında miqrasiya, bir ölkənin vətəndaşlarının digər ölkə ərazisində hüquqlarının qorunması istiqamətlərində fəal əməkdaşlığı, həmçinin tərəflərin milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri çərçivəsində informasiya və təcrübə mübadiləsini nəzərdə tutur.

Digər Kateqoriyalar

2025 © Azervoice