Əsas səhifə » Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

Bakı,AzerVoice

Türkiyənin ticarət naziri Ömər Bolat Aşqabadda keçiriləcək Türk İxrac Məhsulları Sərgisində iştirak etmək üçün Türkmənistana səfər edəcək.

AzerVoice xəbər verir ki, 4-6 dekabr 2024-cü il tarixlərində Aşqabadda 70-dən çox türk şirkət və birliyinin iştirakı ilə 11-ci Türk İxrac Məhsulları Sərgisi keçiriləcək.

Açılış mərasimində Türkiyə Respublikasının Ömər Bolatın da iştirakı gözlənilir.

Yarmarkanın açılışından sonra ticarət naziri Bolatın türk şirkətlərinin stendlərini ziyarət edəcəyi gözlənilir.

Bundan əlavə, nazirin Türkmənistana səfəri çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov ilə görüşləri gözlənilir.

Sərginin məqsədi türk şirkətlərinə Türkmənistan bazarında özlərini tanıtmaq və yeni iş imkanları əldə etməkdir. Türkmənistan şirkətləri yüksək keyfiyyətli türk məhsullarını daha yaxından tanımaq və türk şirkətləri ilə əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün yarmarkaya dəvət olunur.

Digər Kateqoriyalar

2024 © Azervoice