8
Bakı, AzerVoice
Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilib.
Bu barədə AzerVoice Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) istinadən xəbər verir.
Məlumata görə, toplantıda müzakirə edilən əsas məsələ "Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyinin (OTS-URTA)" yaradılması ilə bağlı olub. İştirakçı tərəflər Birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyib.
Tədbirdə ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) rəhbəri Həbib Həsənov təmsil edib.