Əsas səhifə » Ərdoğan TDT Dövlət Başçıları Zirvə Toplantısının liderlərinə xüsusi xatirə sikkəsini təqdim edib

Ərdoğan TDT Dövlət Başçıları Zirvə Toplantısının liderlərinə xüsusi xatirə sikkəsini təqdim edib

Bakı, AzerVoice

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında dövlət və hökumət başçılarına xatirə sikkələri təqdim edib.

AzerVoice xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, KKTC, Macarıstan, Qırğızıstan və Azərbaycanın bayraqlarının əks olunduğu xatirə sikkəsində “dildə, fikirdə və işdə birlik” ifadəsi yer alıb.

Xatirə sikkəsinin bir tərəfində Türk Dövlətləri Təşkilatının bayrağı və adı və yaranma tarixi, 3 oktyabr 2009-cu il yazılıb.

Xatirə sikkələri sammitdə iştirak edən liderlərə, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi səfir Kubaniçbek Ömurəliyevə və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının (TDT) sədri Binəli Yıldırıma təqdim edilib.

Digər Kateqoriyalar

2024 © Azervoice