Əsas səhifə » Türkmənistan Özbəkistana 1,6 milyard kubmetr təbii qaz ixrac edib

Türkmənistan Özbəkistana 1,6 milyard kubmetr təbii qaz ixrac edib

Bakı,AzerVoice

2024-cü ilin əvvəlindən Türkmənistandan Özbəkistana 1,6 milyard kubmetr təbii qaz ixrac edilib.

AzerVoice xəbər verir ki,Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Neft və Qaz Sərgisi və Konfransı keçirilir.

Tədbirə 50-dən çox ölkədən 800-ə yaxın nümayəndə heyəti qatılıb.

Türkmənistanın karbohidrogen ehtiyatları 71 milyard tondan çox neft ekvivalentində qiymətləndirilir ki, bunun da 20 milyard tonu neft və 50 trilyon kubmetrdən çoxu təbii qazdır. Bu rəqəmlərə görə, bu gün Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.

Qeyd edək ki, 19 oktyabr 2024-cü il tarixində Türkmənqaz Dövlət qurumu ilə İraq Respublikasının Elektrik Sənayesi Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandumuna əsasən, Türkmənistan təbii qazının İran vasitəsilə İraqa tədarük edilməsi nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice