BAKI,AzerVoice
Cüzam və ya Lepra çöpü ( Mycobacterium leprae ) adlı
mikroorqanizmin törətdiyi yoluxucu xəstəlikdir və bir çox sistem və
orqanlara , xüsusən də periferik sinir sistemi və dəriyə təsir edə
bilər.
Ancaq yoluxma ehtimalı demək olar ki, yox dərəcəsindədir, ona görə
də uzun illər yoluxucu xəstəlik hesab edilmirdi, lakin xalq
tərəfindən ən azı vəba qədər qorxulu qəbul edilən xədtəlikdir.
Onun insandan insana keçməsi fikri, əsasən, fərziyyədir, çünki onun necə ötürüldüyü hələ sübut olunmayıb. Bu xəstəliyə qədim zamanlarda şlak xəstəliyi də deyilirdi. Əsrlər boyu qorxulu bir xəstəlik olan cüzam çoxlu məqalə və filmlərə mövzu olmuşdur.
Diaqnoz
Xəstəliyə səbəb olan basil 1873-cü ildə Gerhard Armauer Hansen tərəfindən ilk dəfə elmə tanıdılmışdır. Hansen çöpü bəzi xüsusiyyətlərinə görə vərəmin səbəbi olan Kox çöplərinə bənzəyir . Təbiətdə, süni mühitlərdə ancaq insan orqanizmində rast gəlinən Hansen çöpünü yetişdirmək mümkün olmayıb. İnsanlardan başqa, basil yalnız Cənubi Amerikada yaşayan armadillolarda və bəzi siçan növlərində xəstəliyə səbəb ola bilər. Xəstəliyə səbəb olan bakteriyalar orqanizmə daxil olduqdan sonra immunitet sisteminin müqavimətindən asılı olaraq simptomların görünməsi 2 ildən 20 ilə qədər çəkə bilər.
Cüzamın yeganə yoluxma mənbəyi insanlardır. Basil xəstənin bədənindən müxtəlif yara ifrazatları və xüsusilə də burun ifrazatları vasitəsilə çıxıb ətrafa yayılır. İnsanlar arasında bulaşmanın necə baş verdiyi tam olaraq bilinməsə də, yaxın təmas nəticəsində baş verdiyi düşünülür və bu təması uzun müddət davam etdirmək lazımdır. Ana südü ilə uşaqlara keçə bilər. Xəstəliyə qarşı həssaslıq 3-5 yaşlarında daha çox olur.
Xəstəliyin diaqnozu yalnız mikroskopik müayinələrə əsaslanır. Mikroskopik müayinə üçün burun selikli qişasının sıyrılaraq götürülən material Ehrlich Ziehl Neelsen üsulu ilə boyanaraq araşdırılır.
Cüzamın növləri
Cüzam xəstəliyi orqanizmin müqavimətindən asılı olaraq bir-birindən fərqlənən iki əsas növə və iki aralıq tipə bölünür.
Lepromatoz cüzam
Bu, cüzamın ən pis növüdür. Bədənin müqaviməti tamamilə zədələnir. Xəstəliyə səbəb olan basillər çoxsaylı və aktivdir. Bədəndə kiçik, çoxsaylı və simmetrik şəkildə yayılmış, bulanıq sərhədləri olan parlaq mis qırmızı ləkələr peyda olur. Bu ləkələrin olduğu dəri bölgələri zamanla hissiyyatını itirir. Üzdə, boyunda, məmə uclarında və reproduktiv orqanlarda " lepromalar" adlanan sərt açıq qəhvəyi ləkələr görünür. Üzə qoyulduqda aslan üzü adlanan üz görünüşünü yaradırlar . Lepromalar həmçinin yəhər burnu adlanan burun depressiyasına, damağın perforasiyasına, göz qapaqlarının sallanmasına, səsin kəsilməsinə və barmaqların zamanla mürümısinə və kısilməsinə səbəb olur. Xəstə sağalsa da zədələnən bölgə heç vaxt regenerasiay olmur.Bu tip cüzamda sinirlər nisbətən az təsirlənir. Ancaq daxili orqanlarda pozğunluqlar daha çox olur.
Vərəmli cüzam
Bu tip cüzam daha çox periferik sinir sisteminə təsir göstərir. Üz iflici baş verə bilər. Pəncəli əl görünüşü əl əzələlərinə gələn bəzi sinirlərin iflic olması nəticəsində meydana gəlir. Həssas sinirlərin iflic olması nəticəsində istilik, təmas və ağrı hissləri yox olur. Tər vəziləri işləyə bilmədiyi üçün dərinin quruluğu getdikcə artır və dəri tökülməyə başlayır. Sinirlə əlaqəli bu simptomlardan başqa, dəridə səpələnmiş bir neçə kiçik ləkələr ola bilər.
Qarşısının alınması və müalicəsi
Bu gün cüzam artıq qorxulacaq bir xəstəlik deyil. Diaqnoz qoyulduqdan sonra müalicə qəti şəkildə həyata keçirilə bilər. Bir çox xəstəlikdə olduğu kimi, erkən diaqnoz vacibdir. Erkən diaqnoz hallarında heç bir daimi əlillik olmadan müalicə mümkündür.
Müalicə bakteriyaların həssas olduğu antibiotiklərlə aparılır. Dapson (diaminodifeynsulfon, DSS), sulfonlar , rifampisin və etionamid kimi dərmanlar istifadə edilə bilər. (CÜZAM yalnız xəstəxana şəraitində müalicə olunmalıdır)
Xəstəlik böyüklərə ötürülmür. Bununla belə, xəstı ilə təmasdan olduqca çəkinmək lazımdır. Ən uyğun tədbir uşaqları xəstəlikdən təsirlənən mühitdən çıxarmaqdır.
Cüzam müalicəsi dünyanın hər yerində dövlət tərəfindən və pulsuz həyata keçirilir. Cərrahi müalicə, fiziki və psixiatrik müalicə cüzamın tibbi müalicəsi qədər vacibdir.
2002-ci ilin rəqəmlərinə görə Türkiyədə 2500 cüzam xəstəsi var .
Xəstəliyə daha çox Şərqi və Cənub-Şərqi Anadolu Bölgəsində rast
gəlinir .
Son 10-15 il ərzində Azərbaycanda cüzamın
ağır formalarına rast gəlinməyib. Ölkəmizdə dispanser qeydiyyatında
olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan
formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar
Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə
edilirlər.