Əsas səhifə » Türkiyənin Ədliyyə Nazirliyi noutbuk alımı üzrə tender elan edib

Türkiyənin Ədliyyə Nazirliyi noutbuk alımı üzrə tender elan edib

BAKI, AzerVoice

Türkiyə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları İdarəsi, 3 min ədəd dizüstü kompüterin alınması üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Notbuklar tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 may 2025-ci il tarixinə qədər "Ergazi Mah. Fatih Sultan Mehmet Bulvarı No: 448/B, Şaşmaz, Yenimahalle/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice