Əsas səhifə » Türkiyə bələdiyyəsi kimyəvi maddə satın alacaq

Türkiyə bələdiyyəsi kimyəvi maddə satın alacaq

Bakı,AzerVoice

Türkiyənin Bursa bələdiyyəsi yeddi növ kimyəvi maddə alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Kimyəvi maddələr tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində ərzində hissə-hissə təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 17 fevral 2025-ci il tarixinə qədər "Sırameşeler Mahallesi Avrupa Konseyi Bulvarı No:6/3 16190 Acemler- Osmangazi/Bursa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice