Əsas səhifə » Türkiyə universiteti labaratoriya ləvazimatları satın alacaq

Türkiyə universiteti labaratoriya ləvazimatları satın alacaq

Bakı,AzerVoice

Adanada yerləşən Çukurova universiteti dörd növ labaratoriya ləvazimatının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 31 dekabr 2025-ci il tarixinə qədər hissə-hissə təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 4 mart 2025-ci il tarixinə qədər “Ç.Ü. Tıp Fakültesı Balcalı Hastanesı 01130 Balcalı Sarıçam/Adana” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice