Əsas səhifə » Türkiyə bələdiyyəsi inşaat ləvazimatları satın alacaq

Türkiyə bələdiyyəsi inşaat ləvazimatları satın alacaq

Bakı,AzerVoice

Kahramanmaraşda yerləşən Onikişubat bələdiyyəsi səkkiz növ inşaat ləvazimatının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan 60 gün ərzində hissə-hissə təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 27 fevral 2025-ci il tarixinə qədər “Cumhuriyyet mahallesi 14064 Sokak 133/A 46100 Onikişubat/Kahramanmaraş” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice