Bakı,AzerVoice
İstanbulda yerləşən Üsküdar bələdiyyəsi 101 ədəd təmizlik ləvazimatının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra bələdiyyənin təyin edəcəyi vaxtlarda təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 17 fevral 2025-ci il tarixinə qədər “Mimar Sinan Mahallesi Çavuşdere Caddesi No: 35 Kat:4 Üsküdar/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir