Əsas səhifə » İstanbul bələdiyyəsi idman ləvazimatları satın alacaq

İstanbul bələdiyyəsi idman ləvazimatları satın alacaq

Bakı,AzerVoice

İstanbul bələdiyyəsi 33 ədəd idman ləvazimatının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 120 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 fevral 2025-ci il tarixinə qədər “İstanbul Büyükşehir Belediyesi Bakırköy Ek Hizmet Binası Osmaniye Mahallesi Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice