Əsas səhifə » Türkiyə bələdiyyəsi beton satın alacaq

Türkiyə bələdiyyəsi beton satın alacaq

Bakı,AzerVoice

Orduda yerləşən Ünye bələdiyyəsi 24 min 500 metr kubu həcmində hazır beton alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Beton tenderin nəticələri açıqlandıqdan sonra 240 gün ərzində hissə-hissə təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 5 mart 2025-ci il tarixinə qədər “Ünye Belediyesi İhale Birimi Karşıyaka Mah. Cuma Değirmeni Sok. No:8 52300 Ünye/Ordu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice