Bakı,AzerVoice
Ərzurum bələdiyyəsi 3 min 500 ton asfalt alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsul tenderin nəticələri açıqlandıqdan sonra 330 gün ərzində bələdiyyənin təyin etdiyi adreslərə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 10 fevral 2025-ci il tarixinə qədər “Muratpaşa Mah. Merkez Yönetim Cad. 25100 Yakutiye/Erzurum” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.