Bakı,AzerVoice
İzmirdə yerləşən Ege universiteti 280 ədəd tibbi ləvazimat alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində hissə-hissə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 3 fevral 2025-ci il tarixinə qədər “Ege Üniversitesi Sağlık Uygulama ve Araştırma Hastanesi 35100 Bornova/İzmir” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.