Bakı,AzerVoice
Balıkesirdə yerləşən Bandırma xəstəxanası 130 növ cərrahi alət alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Alətlər tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 fevral 2025-ci il tarixinə qədər “Yeni Mah. Ş.Ast.Mustafa Soner Varlık Cad. No:75 10200 Bandırma/Balıkesir” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.