Əsas səhifə » Qazipaşa bələdiyyəsi inşaat ləvazimatları satın alacaq

Qazipaşa bələdiyyəsi inşaat ləvazimatları satın alacaq

Bakı,AzerVoice

Antalyada yerləşən Qazipaşa bələdiyyəsi 12 min metr kvadratı səki daşı, 100 ton sement, 3 min ədəd armatur və 3 min ton qum alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 134 təqvim günü ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 27 yanvar 2025-ci il tarixinə qədər “İstanbul Büyükşehir Belediyesi Bakırköy Ek Hizmet Binası Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4 34146 Osmaniye Mahallesi Bakırköy/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Digər Kateqoriyalar

2024 © Azervoice