Bakı,AzerVoice
İstanbul bələdiyyəsi 93 növ kompüter ləvazimatlarının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar müqavilə imzalandıqdan sonra 60 təqvim günü ərzində hissə-hissə alınacaqdır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 16 yanvar 2025-ci il tarixinə qədər “İstanbul Büyükşehir Belediyesi Bakırköy Ek Hizmet Binası Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4 34146 Osmaniye Mahallesi Bakırköy/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.