Əsas səhifə » İstanbul bələdiyyəsi təmizlik ləvazimatları satın alacaq

İstanbul bələdiyyəsi təmizlik ləvazimatları satın alacaq

Bakı,AzerVoice

İstanbul bələdiyyəsi 175 növ müxtəlif təmizlik ləvazimatının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Sözügedən ləvazimatlar müqavilə imzalandıqdan sonra 45 gün ərzində təhvil verilməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 25 dekabr 2024-cü il tarixinə qədər “Osmaniye Mah. Çobançeşme Koşuyolu Bulvarı No:5 Kat:4 34146 Bakırköy/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir

Digər Kateqoriyalar

2024 © Azervoice