Əsas səhifə » Türkiyə Gənclər və İdman nazirliyi tələbə yataqxanasının tikintisi üzrə tender elan edib

Türkiyə Gənclər və İdman nazirliyi tələbə yataqxanasının tikintisi üzrə tender elan edib

Bakı, AzerVoice:

Türkiyə Gənclər və İdman nazirliyi İstanbulda tələbə yataqxanasının tikintisi üzrə tender elan edib

Bu barədə AzerVoice-a Elektron Dövlət Satınalmaları Platforması (EKAP) - dan bildirilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yataqxanannın tikintisi üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 17 ay sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 5 iyun 2025-ci ildə “15 Temmuz Mah. Bahar Cad. No: 37 Serra Plaza Kat: 4 İç Kapı
No: 61 Güneşli Bağcılar / İstanbul 34140 Bağcılar/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Digər Kateqoriyalar

2024 © Azervoice