Əsas səhifə » Suriya təhlükəsizlik qüvvələri çevrilişin qarşısını alıb

Suriya təhlükəsizlik qüvvələri çevrilişin qarşısını alıb

BAKI, AzerVoice

Suriya Daxili İşlər Naziri ölkənin təhlükəsizlik qüvvələrinin çevriliş planınının uğurla zərərsizləşdirildiyini bəyan edib.

AzerVoice xəbər verir ki, nazir bu barədə açıqlamasını daxili işlər nazirliyi daxilində əsas qurumlarla keçirilən iclasların ardından verib.

Nazirin sözlərinə görə, çevriliş cəhdi mart ayının 6-da, Suriya sahil bölgəsində həyata keçirilməyə çalışılıb. Lakin bu plan xalqın və təhlükəsizlik qüvvələrinin səyləri ilə vaxtında aşkarlanaraq qarşısı alınıb.

Nazir hadisəni "artıq keçmişdə qalmış bir məsələ" kimi qiymətləndirib.

Ənəs Həssan Xitab bildirib ki, bu hadisədən dərhal sonra Daxili İşlər Nazirliyi müvafiq orqanlarla əməkdaşlıq çərçivəsində məlumatların yenilənməsi və dəqiqləşdirilməsi məqsədilə təşkilati yenidənqurma prosesinə başlayıb. O əlavə edib ki, Müdafiə Nazirliyi ilə koordinasiyalı tədbirlər nəticəsində mühüm uğurlar əldə edilib və bu barədə geniş məlumat verilib.

Nazir eyni zamanda, yeni hökumət çərçivəsində qarşıdakı mərhələdə həyata keçiriləcək əsas plan və strategiyalar barədə də danışıb.

Qeyd edək ki, Suriya prezidenti Əhməd Əl-Şaraa 29 martda yeni hökumət kabinetini elan etdikdən sonra Ənəs Həssan Xitab daxili işlər naziri postuna təyin edib.

Digər Kateqoriyalar

2025 © Azervoice